“Qəza riski ilə bağlı ictimailəşdirilən videolar DYP tərəfindən araşdırılır”

Son vaxtlar müxtəlif sərnişindaşıma şirkətləri tərəfindən sosial şəbəkələrdə anidən avtobusların qarşısına çıxan və qəza riski yaradan nəqliyyat vasitələri ilə bağlı videogörüntülər yer almaqdadır.

Maraqlıdır, ictimaiyyiləşdirilən qəza riskləri ilə bağlı Dövlət Yol Polisi (DYP) araşdırma aparmalıdırmı? Mövcud qanunlar qəza törətməsə də, qəza riski yaradan bu sürücülərin məsuliyyətə cəlb edilməsinə imkan verirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bu kimi halların məsuliyyət doğurduğunu vurğuladı:

“DYP-nin başlıca vəzifəsi yollarda asayişi qorumaq və yol təhlükəsizliyini təşkil etmək, buna mane olan hallar varsa, həmin hallara qarşı mübarizə aparmaqdır. Bunlardan biri də qəza təhlükəsi yaradan sürücülərlə bağlı cəza tədbirlərinin görülməsidir.

DYP-nin sərəncamında çoxsaylı müşahidə kameraları mövcuddur. Istənilən kamera vasitəsi ilə qeydə alınan bu kimi hallarla bağlı, təbii ki, DYP tərəfindən zəruri tədbirlər həyata keçirilir və həmin şəxsin hərəkətində qaydaya zidd hanssıa məqamlar varsa, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilir. Bu kimi videolar sosial şəbəkələrdə paylaşıldıqda, DYP tərəfindən bununla bağlı araşdırmalar aparılır. Həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanı qeydiyyata alınır və qəza riskinin hansı səpgidə ortaya çıxdığı araşdırılır. Ola bilsin ki, inzibati məsuliyyətə səbəb olan bu riskli addımın atılmasına səbəb ola başqa amillər olsun. Elə şəxslər var ki, manevrləri düzgün həyata keçirmir. Elə sürücülər də var ki, onlar nəqliyyat vasitəsini istədikləri formada idarə edir, qaydalara əhəmiyyət vermi ki, bu da yolverilməzdir.

Bir sözlə, sosial şəbəkələrdə yer alan və qəza riski yaradan halları özündə ehtiva edən çəkilişlər DYP tərəfindən araşdırılır və bunu törədən şəxslərin inzibati məsuliyyət dərəcəsi müəyyənləşdirilir”.

(Moderator.az)

DİGƏR XƏBƏRLƏR

Top