Xəstəxanada olan aparıcının müalicəsində problem yarandı

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramovanın müalicəsində problem yaranıb.

Bu barədə hazırda xəstəxanada olan aparıcı özü məlumat verib.

O bildirib ki, müalicə müddətində orqanizmində dərmanlara qarşı allergiya yaranıb:

“Müalicənin əla getdiyi dövrdə dərmanlara qarşı allergiya əmələ gəldi. Sən mənimlə nə oyun oynayırsansa oyna, mən Allahın köməyilə sənə belə gülə-gülə qalib gələcəm. İnşallah, mən səni məhv edəcəm, sən məni yox!”

Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, müalicəsini Bakıda davam etdirir.

Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.

(Minval.info)

DİGƏR XƏBƏRLƏR

Top