Son bir ildə Azərbaycanda 132 nəfər müharibə veteranı ölüb

2018-ci ilin əvvəlinə Azərbaycan Respublikası prezidentinin təqaüdünü alan Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 286 nəfər, əlillərinin sayı isə 345 nəfərdir.

Bunu Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova bildirib.

2017-ci il yanvar ayının 1-ivəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarından 332 nəfəri isə müharibə iştirakçısı kimi, 431 nəfəri müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.

Rəsmi statistikanın müqayisəsi zamanı ötən 1 il ərzində 86 nəfər müharibə əlili, 46 nəfər müharibə iştirakçısının dünyasını dəyişdiyi məlum olur.

Xatırladaq ki, 2013-cü il yanvar ayının 1-i vəziyyətinə 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 724 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 1306 nəfər təşkil edib.

2014-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 667 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı 1057 nəfər olub.

2015-ci yanvar ayının 1-i vəziyyətinə görə, Böyük Vətən Müharibəsi iştirakçılarından 667 nəfər, əlillərdən 1057 nəfər təqaüd alıb.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 447 nəfər, əlillərinin sayı 516 nəfər təşkil edib.

(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top