Hansı sahəyə nə qədər kredit ayrılıb? - SİYAHI

Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 40,2%-nə bərabər olub. İlin əvvəlindən ötən 5 ay ərzində bu növ kreditlər üzrə artıb baş verib. Bu ilin əvvəlindən ötən 5 ay ərzində istehlak kreditlərtinin həcmi 4,2 % və ya 193,4 milyon manat artaraq 4 milyard 799,9 milyon manata yüksəlib.

Bundan başqa ümumi kreditlərin 1 milyard 998,8 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Son 5 ay ərzində bu sektora qoyulan kreditlərin həcmi 70,4 milyon manat azalıb. Verilən kreditlərlə birgə, bu sektorun ümumi kredit portfelindəki payı da 17,6%-dən 16,7%-ə düşüb.

İnşaat və əmlak sektoruna isə 510,2 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi bu ilini əvvəlindən 36 milyon manat aşağı düşüb. Bu azalma ilə bərabər ümumi kredit portfelindəki payı da 4,6%-dən 4,3%-ə düşüb.

Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 1 milyard 1014 milyon manat kredit ayrılıb ki, bu da bu ilin əvvəlindən ötən 5 ay ərzində 25,3 milyon manat azalma deməkdir. Nəqliyyat və rabitə sektoruna yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı bu ilin əvvəlindəki 9,6%-dən 9,2% səviyyəsinə enib.

Sənaye və istehsal sektoruna isə banklardan 691,7 milyon manat vəsait cəlb edib. Bu, bu ilin əvvəli ilə müqayisədə 11,3% və ya 70,3 milyon manat çoxdur. Sektorun ümumi kreditləşmədə payı isə 5,3%-dən 5,8%-ə yüksəlib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 466,1 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği son 5 ayda 36,9 milyon manat artıb. Ümumi kredit portfelindəki payı isə 3,7%-dən 3,9%-ə yüksəlib.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 302,6 milyon manat ayrılıb. Bu isə bu ilin əvvəli ilə müqayisədə 12,9 milyon manat azdır. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı isə ilin əvvəlindəki 2,7%-dən 2,5%-ə düşüb.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 793,1 milyon manat borc verib. Bu, son 5 ay ərzində 55,8 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı isə artıb - 14,8%-dən 15%-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top