Maradona futbol tarixinin ən istedadlı oyunçusunun adını açıqladı

Argentina yığmasının əfsanəvi hücumçusu Dieqo Maradona etiraf edib ki, braziliyalı Ronaldonu tarixin ən istedadlı futbolçusu hesab edir. Yeniavaz.com-un “Sovetskiy sport”a istinadən verdiyi məlumata görə, D. Maradona qeyd edib ki, Ronaldo tarixdə ən istedadlı futbolçudur. O bildirib: “Əgər travmalar olmasaydı, o, ən böyük oyunçu olardı. Mən buna şübhə etmirəm”. Xatırladaq ki, braziliyalı forvard 1993-2001-ci illərdə peşəkar səviyyədə çıxış edib. O, Braziliya yığması ilə iki dəfə dünya çempionu adını qazanıb, eləcə də də iki dəfə “Qızıl top”a sahib çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top