
Türkiyə Suriyanın Dəra vilayətində atəşkəs üzrə razılaşmanın pozulmasına görə Rusiya və ABŞ-ı məsuliyyətli sayır. Yeniavaz.com-un “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, rejim qüvvələri bu rayona hücum edib: “Sazişi kim imzalayıb? Rusiya və ABŞ. İndi hər iki ölkə məsuliyyət daşıyır və onlar atəşkəs rejimini pozmağı dayandırmalıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz