Bakıda cərimə meydançasında yanğın: 50-dən çox avtomobil yandı - FOTOLAR

Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib. 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb.

Yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox avtomobil yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlardır.

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək. (APA)

15:12***

Bakıda yanğın başlayıb. Hazırda paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Maşınların çoxu istifadəyə yararsızdır. Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir. (Qafqazinfo)







DİGƏR XƏBƏRLƏR

Top