Azərbaycanda yenə zəlzələ oldu

Azərbaycanın şimalında zəlzələ olub. Seysmoloji Xidmət mərkəzindən Yeniavaz.com-a verilən məlumata görə, yerlatı təkan iyunun 29-da saat 09:23-də Quba rayonu ərazisində baş verib.

9 km dərinlikdə 3.0 maqnituda olan təkanlar episentrdə 3 bala qədər hiss olunub.

Xatırladaq ki, iki gün öncə də Lerik də zəlzələ baş verib. Maqnitudası 4.5 olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top