Aliment ödənilməsi ilə bağlı yeni mexanizm - VİDEO

Alimentin ödənilməsi ilə bağlı yeni mexanizm yaradıla bilər. Yeniavaz.com “Xəzər TV”yə istinadən xəbər verir ki, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə dövlət büdcəsinə qaytarmalıdır. Bunun üçün qanunvericilikdə dəyişiklər edilməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aliment Fondunun yaradılması üçün Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib.

Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, yeni mexanizmə görə, məhkəmə qərarı ilə məsulliyətə cəlb edilən şəxs alimenti ödəmədiyi təqdirdə məşğulluğa cəlb ediləcək.

Fond daha çox vətəndaşın hüququnun qorunmasını, boşanma çərçivəsində qadının və uşağın təminatını yüksəldəcək.

Aliment

DİGƏR XƏBƏRLƏR

Top