Bakıda çəkilən şəkil ayın FOTOSU SEÇİLDİ



Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) növbəti aylıq hesabat jurnalı işıq üzü görüb və quruma üzv olan 190 milli federasiyaya göndərilib. Jurnalı bizim üçün əhəmiyyətli edən əsas məqam iyunun 5-9-da paytaxtımızda keçirilən BMX üzrə dünya çempionatına yer ayrılması və Bakı yarışında çəkilən şəkilin UCI tərəfindən “Təşəkkürlər Bakı! Bu heyranedici dünya çempionatı idi” adı altında ayın fotosu elan edilməsidir. Velosiped federasiyasından Yeniavaz.com-a verilən məlumata görə, UCI prezidenti David Lappartienin milli federasiyalara ünvanladığı müraciətində BMX üzrə Bakı dünya çempionatına da yer ayrılıb: “İyunun əvvəlində Bakıda keçirilən dünya çempionatı zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Apardığımız müzakirələr olduqca ümidvericidir və bu ölkədə velosipedin gələcəyi ilə bağlı nikbin düşünməyə əsas verir. Şübhəsiz, Azərbaycan hazırda özünü bu sahədə təsdiqləmiş ölkədir” – deyə, David Lappartien bildirib.

DİGƏR XƏBƏRLƏR

Top