Smartfonun partlaması şirkət direktorunun ölümünə səbəb oldu

Son 2 il ərzində partlayan smartfonlar barəsində xəbərləri tez-tez eşidirik. Yeniavaz.com technote.az-a istinadən xəbər verir ki, növbəti belə bir hadisə Malayziyada baş verib. Lakin bu dəfəki partlayış hadisəsində bir şəxs öz həyatını itrib. Bədbəxt hadisə gecə vaxtı Cradle Fund adlı yerli vençur fondunun direktoru Nazrin Hassanın evində baş verib. Onun yatdığı yatağın yanındakı masada iki smartfon enerji yığma prosesində olub.

Müəyyən vaxtdan sonra smartfonlardan biri partlayıb və nəticədə otaqda yanğın baş verib. Hadisədən sonra xilasedicilər yanmış otaqda Nazrin Hassanın yanmış meyidini aşkar ediblər. Dəhşətli yanğının baş verməmişdən əvvəl Nazrin Hassanın zəhərli tüstü nəticəsində dünyasını dəyişdiyi məlum olub. Onun qohumlarının sözlərinə görə Nazrin iki ədəd smartfon işlədirdi. Onlardan biri BlackBerry digəri isə Huawei modeli olub. Lakin sözügedən smartfon modellərindən hansının partlaması məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top