Bakıda şirniyyat sexində baş verən yanğın söndürülüb

Bakının Nizami rayonunda konditer sexində güclü yanğın baş verib. Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Əli Vəliyev küçəsi, 7 A ünvanında qeydə alınıb.

Hadisə zamanı bir-birinə bitişik yerləşən bir neçə şirniyyat sexi yanıb. Yanğın əvvəlcə sexlərin birindən başlayıb və sonradan digərlərinə də keçib. Həmin vaxt sexlərdə heç kimin olmadığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Tez bir zamanda yanğın lokallaşdırılıb.

Hadisənin dəqiq səbəbləri bilinməsə də, ilkin ehtimal olaraq elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı deyilir. Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı yaşayış binalarına elektrik enerjisinin verilişi də müvəqqəti dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top