Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu öz "Facebook" səhifəsində yazıb.

Orxan Həsənoğlunun sözlərinə görə, Azərbaycan vətəndaşı Sabit Qazıyevin cəsədi gecə saat 3 radələrində Şəhid Münür küçəsi, Kofalı yaşayış massivində tək yaşadığı həyət evində tapılıb. Mərhumun meyiti tibbi ekspertiza üçün Lefkoşa Dr. Burhan Nalbantoğlu Xəstəxanasına təhvil verilib. Sabit Qazıyevin ölüm səbəbi sabah bilinəcək. Cəsəd üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top