Gürcüstan və Türkiyə arasında əsas sərhəd keçid məntəqəsi bağlandı

Türkiyə ərazisində, Sarpi-Trabzon avtomagistralında baş vermiş qaya uçqunu ilə əlaqədar Gürcüstanla sərhəddə yerləşən “Sarpi” sərhəd-gömrük məntəqəsi müvəqqəti bağlanıb. Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, təhlükəsizlik baxımından “Sarpi” məntəqəsindən həm nəqliyyat, həm də piyada keçidi məhdudlaşdırılıb. Sərhəd məntəqəsinin fəaliyyəti Türkiyə ərazisində qaya uçqununun fəsadlarının aradan qaldırılmasından sonra adi rejimdə bərpa olunacaq. Uçqun nəticəsində Türkiyə jandarmanının iki əməkdaşının xəsarət aldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top