Astaralı gəncdən qənaətcil avtomobil - 100 KM-Ə 2 LİTR YANACAQ - VİDEO

Astaralı gənc bir neçə avtomobilin ehtiyat hissələrindən yararlanaraq qeyri-adi görünüşə malik avtomobil yığıb. Yeniavaz.com APA TV-yə istinadən verdiyi xəbərə görə, Astara rayonunun Şiyəkəran kənd sakini olan Ceyhun Babayev yükün daşınması üçün nəzərdə tutduğu maşını 6 ay müddətində ərsəyə gətirib.

Bu müddət ərzində 2500 manatdan çox pul sərf olunub. Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Müasir standartlara cavab verən maşın dizel yanacağı ilə işləyir: "Təsərrüfat yerlərimiz yolsuzluq şəraitində yerləşdiyi üçün belə maşın yığmağa başladım. Əsasən təsərrüfat üçün nəzərdə tutulub. 100 km-ə 2 litr yanacaq yandırır. Uzunluğu 4 metrdir. 5 metrə qədər uzada bilərəm, eni də 1.60 m-dir".

Ceyhun Babayev maşının hazırlanmasında “VAZ” markalı bir neçə avtomobilin ehtiyat hissələrindən istifadə edib. O, yeni nəqliyyat vasitəsinin elektrik işlərini də özü görüb.

Bu, süjetimizin qəhrəmanının gördüyü ilk belə iş deyil. Ceyhun Babayev bundan əvvəl “Muravey” markalı motosikletin mühərrikinə dəyişiklik edərək onun dizel yanacağı ilə işləməsini təmin edib.

Avtomobil

DİGƏR XƏBƏRLƏR

Top