Malayziyanın keçmiş Baş nazirinin evinə basqın: 22 məmur 3 gün pul saydı

Polis Malayziyanın keçmiş Baş naziri Nəcib Rezaqla bağlı mülklərə basqın həyata keçirib. Yeniavaz.com-un “Euronews” saytına istinadən verdiyi məlumata görə, basqın zamanı mülklərdən 273 milyon dollar dəyərində qiymətli əşya ələ keçirilib. Bu əşyalar arasında lüks çantalar, saatlar və daş-qaşlar olub. N. Rezaq Baş nazir olarkən məhkəmə işi üzrə bəraət almışdı. Lakin seçkilərdə uduzduqdan sonra onun barəsində korrupsiya işi yenidən açılıb. Polis onun sahibi və ya əlaqəli olduğu ev və ofislərdə axtarışlar aparıb. Əməliyyat zamanı aşkar edilən ən bahalı daş-qaşın qiyməti 1,6 milyon dollar təşkil edib. 423 lüks markalı saat ilə 243 günəş eynəyinin bazar qiyməti isə 19 milyon dollar olub. Malayziya tarixində görülməmiş bu miqdarı saymaq üçün Mərkəz Bankının 22 əməkdaşı və 6 ədəd pul sayan maşın üç gün ərzində işləyib.

Malaziya

DİGƏR XƏBƏRLƏR

Top