
Daha bir rayonda biçilməmiş taxıl sahəsi yanıb.
Hadisə Şəmkir rayonun Mahmudlu kəndində baş verib.
Kənd sakini Raməddin Məmmədova məxsus 4 hektar taxıl sahəsinin çox hissəsi yanaraq kül olub.
Əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin avtomobili və canlı qüvvəsi cəlb edilib.
Alovun yayılmasının qarşısı tez bir zamanda alınıb.
Vüqar Nəbiyev, Gəncə
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                