Azərbaycan özünü işlə təmin edənlərin sayına görə regionda birincidir - CƏDVƏL

Azərbaycan özünüməşğulluq səviyyəsinə görə region ölkələri arasında birincidir. Yeniavaz.com Dünya Bankının açıqladığı sonuncu hesabata istinadən bildirir ki, Azərbaycanda məşğul əhalinin 73,7%-i özünüməşğuldur, yəni həmin şəxslər heç kimdən asılı olmadan müstəqil surətdə özünü işlə təmin ediblər.

Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda göstərilir ki, Azərbaycanda məşğul əhalinin sayı 4 milyon 850,1 min nəfər olub və onlqarın yalnız 31,7%-i və ya 1 milyon 538,2 min nəfəri muzdla işləyənlər olub. Bu həm də o deməkdir ki, Dünya Bankının açıqladığı rəqəmlə Dövlət Statistika Komitəsinin açmıqladığı rəqəm arasında ciddi fərq yoxdur.

Region ölkələri arasında özünüməşğulluq səviyyəsinin ən aşağı olduğu ölkə Belarus hesab olunur. Bu ölkədə heç kimdən asılı olmadan müstəqil surətdə özünü işlə təmin edənlər məşğul əhalinin cəmi 2,3%-ni təşkil edir. Belarusda məşğul əhalinin böyük əksəriyyəti dövlət ya da özəl sektor tərəfindən işlə təmin ediliblər.

Digər region ölkələrində isə özünüməşğulluq (heç kimdən asılı olmadan müstəqil surətdə özünü işlə təmin edənlər) səviyyəsi belə olub:

DİGƏR XƏBƏRLƏR

Top