Hər il dünyada nə qədər avtomobil satılır? - RƏQƏMLƏR

Bu ilin sonuna kimi dünyada avtomobil satışları rekord səviyyəyə yüksələcək. Yeniavaz.com avtomobil istehsalçılarının açıqladığı proqnozlara istinadən bildirir ki, 2018-ci il ərzində ümumilikdə 81 milyon 570 min ədəd avtomobilin satılacağı gözlənilir. Bu göstəricinin ötən ilki rəqəmlərlə müqayisədə 2 milyon 550 min ədəd çox olacağı proqnozlaşdırılır.

Məlumat üçün bildirək ki, ötən ilin əvvəlində 2017-ci il üçün açıqlanan proqnoz göstərici 78 milyon 590 min ədəd olsa da, reallaşan satış bundan artıq olub - 79 milyon 20 min.

Qeyd edə ki, bu il satılması proqnozlaşdırılan avtomobillərin sayı 1990-1999-cu illər ərzində satılan avtomobillərin sayından 2,1 dəfə çox olacaq. 1990-1999-cu illər ərzində dünyada 39,2 milyon ədəd avtomobil satılıb. 2000-2014-cü illərdə isə dünyada 54 milyon 890 min avtomobil satılıb. 2014-cü ildən etibarən avtomobil satışında kəskin artımlar qeydə alınıb.

Avtomobil satışlarının artmasının əsas səbəbi kimi Böyük Britaniya, Almaniya, İsveç, Polşa və digər Avropa İttifaqı ölkələrində avtomobil sənayesində müşahidə olunan canlanma və o cümlədən də Asiya və Şimali Amerikada avtomobillərə olan tələbatın artması göstərilir.

Avtomobillərə olan tələbatın ən çox olduğu ölkələr isə Asiya ölkələri hesab olunur. 2008-2016-cı illər ərzində İndoneziya və Hindistanda avtomobil satışları kəskin artıb. Bunlardan başqa Çində avtomobil satışları 2016-cı ildə əvvəlki illə müqayisə avtomobil satışları 4 dəfə artıb.

Asiya bazarında artan tələbatı nəzərə alan nəhəng avtomobil istehsalçıları bu bölgədə istehsal müəssisələri qurmağa başlayıblar. "General Motors", "Volkswagen" kimi aparıcı avtomobil istehsalçıları Çində avtomobil istehsalını genişləndirməyə başlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top