Hərbçilərin pensiyalarının gecikdirilməsi ittihamları ilə bağlı nazirlikdən açıqlama - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Yeniavaz.com saytına verdiyi məlumata görə, bu Qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən biri kimi, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanmasında staj tələbi və əlavəni almağa hüququn yaranması ilə bağlı yeni qayda tətbiq edilməyə başlanıb.

1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş həmin şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əmək haqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarını bu artımlara müvafiq artırılması təmin edilir.

Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası" əsasında müvafiq kateqoriyalardan olan ümumilikdə 90 min nəfərə yaxın əmək pensiyaçısının əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq.

Edilmiş artımlar qeyd olunan şəxslərə növbəti ayın, yəni iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcək.

09:51

"Güc strukturlarının generalından tutmuş sıravi əsgərinə kimi pensiya və təqaüdçüləri Silahlı Qüvvələr Günü ərəfəsində gözləyirdilər ki, səbirsizliklə gözlədikləri, halal təqaüdləri onların hesablarına köçürüləcək. Amma, siz hərəkətlərinizlə özünüzü sadəcə qınaq hədəfinə gətirdiniz”.

Yeniavaz.com xəbər verir ki, bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov sosial şəbəkədəki səhifəsində bildirib.

Üzeyir Cəfərov pensiyaların hesablara köçürülməməsi ilə bağlı daha sonra bunları qeyd edib:

"Dünən Bayram tədbirləri ilə əlaqədar keçmiş zabit və gizirlərdən, əsgər və çavuşlardan kimi gördümsə, kiminlə telefonda danışdımsa, hamısı çox üzgün və narazı halda içi mən qarışıq olmaqla belə münasibətə od püskürürdülər. Siz də gec-tez pensiyaya və təqaüdə çıxacaqsınız və biləcəksiniz ki, əksəriyyəti öz gündəlik həyat və fəaliyyətini o sizin yüksək məvacibinizin yanında qəpik-qupuş olan maliyyə ilə yola verən insanlar sizin məsuliyyətsizlik göstərməniz ucbatından əsəb və stress keçirirlər. Cəmiyyətin bu katerqoriyasından olan insalarla bir qədər sayğılı və diqqətli, ehtiyatlı davranın. Onların qanuni hüquqlarına hörmət göstərin. Dünən saytlar və onlayn media resursları vasitəsi ilə bir xəbəri təkrarlamaqla, bizlərə demək istəyirdilər ki, pensiyaların gecikdirilməsinə səbəb var. Bir daha deyirəm, qanun geriyə heç vaxt şamil olunmur. Siz insanların aylıq pensiya təminatını həyata keçirin, sonra isə hansısa iş görmək istəmək görüntüsünü yaradın".

DİGƏR XƏBƏRLƏR

Top