
Avropada təbii qazın ən baha satıldığı ölkə İsveç hesab olunur. İsveçdə təbii qazın 1 kubmetri əhaliyə 1,35 dollara satılır. Yeniavaz.com Avropa İttifaqının Statistika Bürsosunun (Eurostat) açıqladığı sonuncu məlumatlara istinadən bildirir ki, bu Azərbaycandakı mövcud tariflə müqayisədə 11 dəfə, Rusiyadakı mövcud tariflə müqayisədə 14 dəfə Qazaxıstandakı mövcud tariflə müqayisədə isə 24 dəfə bahadır. Məlumat üçün qeyd edək ki, təbii qaza olan tələbatını tamamilə yerli istehsal hesabına təmin edən Azərbaycanda maye yanacağın qiyməti Avropa ölkələrindənki qiymətlərdən ucuz olsa da, Rusiya və Qazaxıstandankı qiymətlərdən baha satılır. Qeyd eydiyimiz kimi Qazaxıstanda 1 kubmetr təbii qazın qiyməti 5,6 sentə bərabərdir. Rusiyada isə təbbi qazın 1 kubmetri əhaliyə 9,5 sentə satılır.
Belarusda isə təbii qaz tarifləri Azərbaycanla eyni səviyyədədir. Azərbaycanda olduğu kimi Belarusda da təbii qazın 1 kubmetri əhaliyə 12 sentə satılır. Azərbaycanla qonşu Türkiyədə isə 29 sentə bərabərdir. Ümumiyyətlə təbii qaz Şərqi Avropa, MDB və Baltikyanı ölkələrdə Qərbi Avropa ölkələrinə nisbətən aşağı qiymətə satır. Təbii qazın 1 kubmetri Ukraynada 26,6 sent, Moldovada 37,3 sent, Bolqarıstanda 45 sent, Rumıniyada 37,1 sent, Serbiyada 40,6 sent təşkil edir.
Təbii qazın ən baha satıldığı Avropa ölkələri isə İspaniya (1 kubmetr - 104 sent), İtaliya (105 sent), Portuqaliya (96 sent), Lixtenşteyn (99 sent), Hollandiya (98 sent), Danimarka (105 sent), Avstraiya (84 sent), Fransa (83 sent), Almaniya (73 sent), İrlandiya (78 sent) hesab olunurlar.
Tətbiqimizi yükləyə bilərsiniz