"Lans" futbolçusunun "Qarabağ"a keçidini təsdiqlədi

Fransanın "Lans" klubu futbolçusu Abdulla Zubirin "Qarabağ"a transferini təsdiqləyib. Yeniavaz.com-un klubun saytına istinadən verdiyi məlumata görə, "Lans" 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi üçün Ağdam təmsilçisi ilə razılığa gəldiyini bəyan edib. Fransa təmsilçisi oyunçuya gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün "Qarabağ" klubunun 1 milyon avro ödəyəcəyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top