
Lionel Messinin lideri olduğu Argentina yığması Dünya çempionatnda növbəti mərhələyə keçmək üçün tarixinin ən vacib matçlarından birinə çıxacaq. Yeniavaz.com-un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Argentina komandası qrupdakı son oyununda sabah Nigeriya millisi ilə qarşılaşacaq. Qazanmaqdan başqa çarəsi olmayan Argentinanın bu həlledici oyununu isə türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Belə ki, Cənubi Amerika mətbuatı C. Çakırın həmin matça təyinat almasına şans kimi baxır. Argentinalı tərəfdarlar Nigeriya ilə oyunu 2014-2015-ci il mövsümündə Çempionlar Liqasının finalına bənzədirlər. Həmin final matçında “Barselona” və “Yuventus” qarşılaşıb, oyunu isə C. Çakır idarə edib. Kataloniya təmsilçisinin 3-1 hesabı ilə qalib gəldiyi matçdan sonra “Barselona” Çempionlar Liqasının qalibi olmuşdu. Bildirilir ki, türk hakim L. Messiyə uğur gətirir.
Tətbiqimizi yükləyə bilərsiniz