
İspaniyada “erməni mafiyası”na qarşı irimiqyaslı əməliyyat keçirilir. Yeniavaz.com-un “Sputnik-Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Kataloniya polisi məlumat yayıb. Polisin məlumatına əsasən, qruplaşmanın bütün Avropa üzrə narkotrafik, silah ticarəti, tütün qaçaqmalçılığı, pulların yuyulması, idman mərc oyunlarında korrupsiya və digər cinayətlərdə əlaqəsi var. Əməliyyat zamanı Barselona, Madrid, Valensiya, Alikanta, Albasete və digər şəhərlərdə axtarışlar apaılır. Şübhəlilərin ABŞ, Fransa, Belçika, İtaliya və Litvada əlaqələri var. Proqnozlara əsasən, ümumilikdə 100-dən çox adam saxlanılacaq. Bildirilir ki, bu əməliyyat Gürcüstandan gəlmələr olan qruplaşmanın- Şuşanaşvili qardaşlarının və erməni əsilli “qanuni oğru” Erik Caqinyanın fəaliyyətinə son qoyacaq. Xatırladaq ki, təhqiqat 2016-cı ilin yanvarında Kataloniyada iki qətl hadisəsindən sonra başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz