İran-Pakistan sərhədində 3 terrorçu öldürülüb

İranın cənub-şərqində təhlükəsizlik qüvvələri ilə terrorçu qruplaşma üzvləri arasında atışma baş verib. İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunları ötən axşam Pakistan istiqamətindən İran ərazisinə soxulmaq istəyən terrorçu qrupu zərərsizləşdirib.

Atışma nəticəsində 3 terrorçu ölüb, bir neçəsi yaralanıb və qalanları Pakistan ərazisinə qaçıb. Hadisə zamanı yerli Bəsic könüllülərindən 2 nəfər və SEPAH üzvlərindən 1 nəfər həyatını itirib. (APA)

DİGƏR XƏBƏRLƏR

Top