Kılıçdaroğlu bu gün istefa verə bilər

Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə yekunlaşan 24 iyun seçkilərindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) İdarə Heyəti fövqəladə iclas keçirəcək. Yeniavaz.com-un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, iddialara əsəsən, Kamal Kılıçdaroğlu CHP sədri vəzifəsindən istefa verəcək. Partiyanın parlament seçkilərində 22,67 faiz səs toplaması CHP daxilində böyük narazılıq yaradıb. CHP-nin İdarə Heyəti seçkini dəyərləndirmək üçün bu gün fövqəladə iclas keçirəcək. İclasın gündəliyində 2010-cu il mayın 22-dən etibarən CHP-nin sədri vəzifəsini tutan K. Kılıçdaroğlunun istefası məsələsinin olduğu iddia olunur.

DİGƏR XƏBƏRLƏR

Top