Nigeriyada 25 milyon əhali sarı qızdırmadan peyvənd ediləcək

Nigeriyada əhali sarı qızdırma xəstəliyindən vaksinasiya ediləcək, ilin sonunadək 25 milyon nəfərin peyvənd edilməsi planlaşdırılır. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 2017-ci il sentyabrın 12-dən 2018-ci il iyunun 3-dək ölkənin bütün altı ştatında sarı qızdırmaya bənzəyən 1903 hal qeydə alınıb. Qeyd edək ki, sarı qızdırma təhlükəli infeksiya xəstəliyidir, isti rütubətli iqlimi olan ölkələrdə ağcaqanad sancması yolu ilə yayılır.

DİGƏR XƏBƏRLƏR

Top