Paşinyan: Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz

Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da verdiyi canlı yayım zamanı, Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllinin mümkün olmadığını bildirib.

Yeniavaz.com xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Bəli, sərhədin Naxçıvan hissəsində Azərbaycan silahlı qüvvələri toplanır, ancaq bu vəziyyətin gərgin olduğu mənasına gəlmir”, - deyə erməni baş nazir bildirib .

Paşinyanın sözlərinə görə, statistik məlumatlar atəşkəs rejiminin pozulması hallarının” çox olmadığını göstərir.

Ermənistan baş naziri vurğulayıb ki, Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz: “Ermənistan heç vaxt müharibəyə başlamayacaq, hamı bunu anlayır. Ancaq biz, bu ssenariyə hazır olmalıyıq".

DİGƏR XƏBƏRLƏR

Top