Serj Sərkisyanın qardaşı azadlığa buraxıldı YENİLƏNİB

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan azadlığa buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan deyib: “Hazırda Aleksandr Sarkisyan polis şöbəsində deyil”,

Qeyd edək ki, bu gün Ermənistan polisi Aleksandr Sarkisyana aid olduğu deyilən "Ellips" və "Security dream" şirkətlərində növbəti axtarış əməliyyatı aparıblar. Hər iki şirkət milyardlarla dram dövlət pulunu mənimsəməkdə ittiham olunur.

19:30

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan saxlanılıb.

Yeniavaz.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, A.Sərkisyan qanunsuz silah saxlamaqda ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top