
Türkiyədə seçicilərin 24 iyunda keçirilmiş erkən prezident və parlament seçkilərində real alternativi olub, lakin kampaniyanın aparılma şəraiti qeyri-bərabər idi.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilatın (ATƏT) müşahidə missiyasının seşkilərin yekunları üzrə ilkin bəyanatında deyilir.
Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyasının həddən artıq üstünlüyü olub.
ATƏT-in Türkiyədəki qısamüddətli missiyasının rəhbəri İqnasio Sançes Amor deyib: “Müşahidə etdiyimiz fundamental azadlıqların məhdudlaşdırılması bu seçkilərə təsir göstərib. Ümid edirəm ki, Türkiyə bu məhdudiyyətləri mümkün qədər tez ləğv edəcək. Gözləyirəm ki, Türkiyə hakimiyyəti belə vacib müşahidə missiyası ilə daha geniş əməkdaşlıq edəcək, çünki biz həmişə vicdanla və Türkiyənin maraqlarına uyğun hərəkət edirik”.
ATƏT müşahidəçilərinin fikrincə, Türkiyədə mövcud fövqəladə vəziyyət rejimi azad toplanma və özünü ifadəetmə, eləcə də KİV azadlıqlarını məhdudlaşdırıb. Onlar iddia edirlər ki, hakim partiya və indiki prezident dövlət və hökumətlə bağlı özəl KİV-lərdə kampaniyanalarını işıqlandırarkən üstünlüyə malik olublar.
Tətbiqimizi yükləyə bilərsiniz