Almaniya münasibətlərin yaxşılaşması üçün Türkiyədən bunu istədi

Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsi Berlin və Ankara arasında münasibətlərin yaxşılaşmasına doğru addım ola bilərdi. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib. O bildirib: “Biz bu seçkiləri böyük maraqla izlədik, çünki Türkiyə ilə sıx əlaqələr mövcüddur, belə ki, Almaniyada xeyli sayda Türkiyə vətəndaşı yaşayır. Biz türk seçicilərin səsverməsinin istənilən nəticəsini qəbul edəcəyik və ona hörmətlə yanaşacağıq... Hesab edirəm ki, Türkiyə və Almaniya arasında, Türkiyə və Avropa arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə növbəti addım hakimiyyətin Türkiyədə fövqəladə vəziyyət rejimini ləğv etməsi qərarı ola bilərdi. Bu, birinci, lakin yaxınlaşma haqqında vacib niyyət siqnalı ola bilərdi”.

DİGƏR XƏBƏRLƏR

Top