"Xəzər" avtomobil zavodunun istehsal etdiyi ilk avtomobillər Gəncədə

"Xəzər" avtomobil zavodunun istehsal etdiyi ilk üç avtomaşın Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən alınıb.

Bu avtomobillər xidməti istifadə üçün nəzərdə tutulub.

Gələn ay daha 2 belə avtomobil alınacaq və onlardan şəhər nəqliyyatının tənzimlənməsində istifadə ediləcək.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Murad Sətdarov bildirib ki, gələcəkdə taksi kimi istifadə olunması nəzərdə tutulan daha 20 avtomobilin alınması planlaşdırılır.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top