İnce bu telekanalın müxbirini mətbuat konfransından çıxardı

Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə prezidentliyinə namizədi Muharrem İnce 24 iyun seçkilərindən sonra ilk dəfə mətbuat qarşısına çıxıb. Yeniavaz.com-un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, M. İnce mətbuat konfransında iştirak edən mətbuat orqanları arasında TRT nümayəndələrinə “mitinqlərimi göstərməyənin burada nə işi var” deyərək telekanalın müxbirini konfransdan çıxarıb. O bildirib: “Mənim mitinqlərimi belə göstərməyən TRT-nin indi burada nə işi var, bunu çəkəcək?”. TRT-nin müxbir və operatorunun bunu şəxsən üzərlərinə götürməməli olduğunu qeyd edən M. İnce əlavə edib ki, bu, TRT-yə qarşı qurum olaraq ümumi münasibətdir: “Yoldaşlar siz əməkçisiniz, bu davranışım sizə qarşı deyil, hətta istəsəniz tədbirdən kənarda sizə bir qəhvə sifariş edərəm”.

DİGƏR XƏBƏRLƏR

Top