
İyunun 28-də Bakıda Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı keçiriləcək.
Diplomatik mənbələrdən bildirilib ki, toplantı zamanı Əfqanıstan rəsmiləri və “Taliban” arasında sülh danışıqları aparılacaq.
Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edəcək.
“Taliban”dan isə görüşə danışıqlar üzrə nümayəndələr qatılacaq. (APA)
Tətbiqimizi yükləyə bilərsiniz