Avtomobil aşdı, 72 yaşlı qadın öldü

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər Bakı-Qazax əsas magistral yolunun 168-ci km-də, Kürdəmir rayonun Sığırlı kəndi ərazisində baş verib.

Goranboy rayon sakini, 73 yaşlı Rzayev Yelmar Şahmar oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol kənarına aşırıb.

Nəticədə avtomobildə olan sərnişin, Goranboy rayon sakini, 1946-cı il təvəllüdlü Rzayeva Tamara Hüseyn qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top