Messinin taleyi Çakıra tapşırıldı



Türkiyəli referi Cüneyt Çakır DÇ-2018-in qrup mərhələsində növbəti oyuna təyinat alıb. Çakır D qrupunda 3-cü tur çərçivəsində keçiriləcək Nigeriya - Argentina matçını idarə edəcək. Ona Bahattın Duran və Tarık Ongun yardım edəcək. 4-cü hakim isə hollandiyalı Byörn Kyupers olacaq.

Çakır DÇ-2018-də Mərakeş - İran matçının əsas, Rusiya - Misir görüşündə 4-cü hakim olub.

Qeyd edək ki, D qrupunda Xorvatiya 6 xalla qrup lideridir. Nigeriya 3 xalla 2-cidir. İslandiya və Argentinanın isə 1 xalı var.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top