
Rusiyada keçirilən dünya çempionatında bu gün ikinci tura yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları qarşılaşıb və 6:1 hesabı ilə qalib gələrək qrupun digər iştirakçısı Belçika kimi 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib.
Qeyd edək ki, Panama ilk dəfə qatıldığı dünya çempionatında ilk qolunu bu oyunda vurub.
Daha sonra H qrupunda Yaponiya və Seneqal milliləri üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Günün son matçında Polşa  Kolumbiyanı sınağa çəkəcək.
24 iyun
H qrupu
19:00. Yaponiya - Seneqal - 2:2
Qollar: Sadio Mane, 12 (0:1) Takaşi İnui, 34 (1:1), Mussa Vaqe, 71 (1:2), Honda, 78 (2:2)
Baş hakim: Canluka Rokki (İtaliya)
Yekaterinburq, "Yekaterinburq Arena"
22:00. Polşa - Kolumbiya
Baş hakim: Sezar Ramos (Meksika)
Kazan, "Kazan Arena"
1.  | Yaponiya  | 2  | 1  | 1  | 0  | 4:3  | 4  | 
2.  | Seneqal  | 2  | 1  | 1  | 0  | 4:3  | 4  | 
3.  | Polşa  | 1  | 0  | 0  | 1  | 1:2  | 0  | 
4.  | Kolumbiya  | 1  | 0  | 0  | 1  | 1:2  | 0  | 
G qrupu
16:00. İngiltərə - Panama - 6:1 
Qol: Con Stounz, 8, Harri Keyn, 22-pen. (2:0), Linqard, 36 (3:0), Con Stounz, 39 (4:0), Harri Keyn, 45+1-pen, (5:0), Keyn, 62 (6:0), Baloy, 78 (6:1)
Baş hakim: Gehad Qrişa (Misir)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
23 iyun
Belçika - Tunis - 5:2
 
1.  | Belçika  | 2  | 2  | 0  | 0  | 8:2  | 6  | 
2.  | İngiltərə  | 2  | 2  | 0  | 0  | 8:2  | 6  | 
3.  | Tunis  | 2  | 0  | 0  | 2  | 3:7  | 0  | 
4.  | Panama  | 2  | 0  | 0  | 2  | 1:9  | 0  | 
(Qol.az)
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz