Suriyada İran ordusunun generalı həlak olub

İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti Suriyada həlak olub. İran-İraq müharibəsinin veteranı, briqada generalı Şəhruh Daipur Suriyanın Əl-Bükəmal yaşayış məntəqəsində müşavir missiyasını həyata keçirərkən həlak olub.

İnsidentin tarixi və təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Əl-Bükəmal yaşayış məntəqəsi 2017-ci ilin sonunda İŞİD terrorçularından azad edilmişdi.(APA)

DİGƏR XƏBƏRLƏR

Top