Efiopiyada partlayış nəticəsində 156 nəfər yaralanıb

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə törədilən partlayış nəticəsində xəsarət alanların sayı 156 nəfərə çatıb. Xəbərə görə, bu barədə Efiopiya Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, yaralananlardan 8 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, partlayış yeni baş nazir Abiy Əhmədə dəstək mitinqində törədilib. Baş nazirin də iştirak etdiyi aksiyada naməlum şəxs kütləyə qumbara atıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top