
Çinin Çuntsin şəhəri yaxınlığında, 1800 metr hündürlükdə yerləşən təpədə hava limanı inşa edilir. Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, çinli işçilər bu məqsədlə zirvəni dinamitlərlə partladaraq hamar vəziyyətə gətiriblər. “Wushan “ adlanacaq aeroportun maliyyə xərci təxminən 1,64 milyard yuan olması gözlənilir. Hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır. Aeroportun 2600 metr uzunluğunda və 45 metr enliyində uçuş-eniş zolağı olacaq. Terminal binası isə 3500 kvadratmetr təşkil edəcək. Aeroportda 2000-dək işçi və 800 texnika eyni vaxtda işləyə biləcək. Yeni hava limanı 2020-ci ildən etibarən 280 min sərnişinə xidmət göstərə biləcək.
Tətbiqimizi yükləyə bilərsiniz