Gəncədəki qalmaqallı bağçanın direktorundan AÇIQLAMA

Gəncədə 31 saylı körpələr evi – uşaq bağçasında baş verən hadisə bağlı bağçanın müdirəsi İsmayılova Günay Malik qızı açıqlama verib.

Yeniavaz.com saytına da göndərilən açıqlamanı təqdim edirik: "21 iyun 2018 – ci il tarixində 31 saylı körpələr evi-uşaq baxçasının körpələr qrupunda olan az yaşlı körpə Əliyev Hüseyn Cəmil oğlu digər körpə olan İsmayılova Sara Hüsyeyn qızını dişləyib.

Bağçanın böyük tibb bacısı ilk yardım göstərərək dərhal zədələmiş yerə su ilə kompres qoyub.

Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilmiş, körpənin vəziyyəti yaxşı olduğu üçün evə buraxılmışdır. Hal-hazırda körpənin vəziyyəti yaxşıdır. Bağçanın tərbiyyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə buraxdıqları səhlənkarlığa görə əmək məcəlləsinin 72.e bəndinə əsasən işdən azad ediliblər".

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top