Sarkisyan Qarabağ danışıqlarında iştirak edəcək?

Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan ölkənin sabiq prezident Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında iştirakını istisna etməyib. Bununla bağlı “İnterfaks” məlumat yayıb.

“Təəssüf ki, Ermənistanda Qarabağla bağlı danışıqlardan məlumatlı olan çox insan yoxdur. Sarkisyanın xüsusi nümayəndə kimi bu danışıqlarda iştirakı istisna deyil”, - Xaratyan Ermənistan İctimai televiziyasına müsahibəsində deyib.

O bildirib ki, sabiq diplomatlar yoxdur.

“Heç kim bilmir ki, bir aydan, ildən və ya 5 ildən sonra nə baş verəcək. Bu insanların təcrübəsindən istifadə etmək vaxtı gəldikdə vəziyyət dəyişəcək. Bu qapını bağlamaq olmaz. Heç vaxt”, - Ermənistan baş nazirinin müşaviri qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top