“Yeni nazir İnam Kərimova qarşı təxribat edirlər”

“Yeni nazir İnam Kərimova qarşı təxribat edirlər”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri "Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişinin qonağı olan Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev deyib.

H.Hacıyev uzun illər Kənd Təsərrüfatı Nazirliyində böyük vəzifələrdə çalışdığı üçün bu sahəni yaxşı bildiyini dedi: "Görürəm ki, bu gün bu sahəyə qarşı Azərbaycanda böyük təxribatlar var. Zamanında gübrə də verirdik və Azərbaycan bu sahədə birinci yerlərdə olurdu. Azərbaycan hakimiyyətinin içində klanlaşmış, prezidentin iradəsinin əksinə gedən qüvvələr var. Bu gübrələri, dərmanları gətirəndə bunu yoxlamadan keçirmirlər? Mən bir zamanlar sizin studiyada demişdim ki, Azərbaycana gələn dərmanların böyük əksəriyyəti Ermənistandan gəlir. Çağırıb məndən izahat aldılar ki, niyə belə edirsən? Burada bir kadrın iradəsinin əksinə getmək fikrini qoyublar. Prezident bu sahəyə cavan bir kadrı qoyub. Ləyaqətli insan, bacarıqlı insandır. Mesaj vermək istəyirlər ki, cənab prezident, sənin seçdiyin kadr yaxşı deyil və bu sahə bir növ qalıb yiyəsiz. Bu sahədə hökumətdə olan baş nazirin müavini yoxdur. Təzə nazir hüquqşünasdır, bu sahəni gözəl bilir, ondan da üstün vəzifəyə layiqidir. Amma buna kömək lazımdır. İndi isə ona qarşı təxribat edirlər. Gətirib gübrəni tökürlər, nə qədər adam zəhərləyir. Bu gübrəni kim, hansı ölkədən gətirirlər? Bu, yeni kənd təsərrüfatı nazirinə və prezidentin təyinatına qarşı təxribatdır. Bu, hələ jurnaldır. Bu gün taxıl biçiminə mane yaradırlar, texnika gətirilib. Azərbaycan kəndlisinə bu gün yardım lazımdır, amma bunu etməyə qoymurlar”.

"Mesaj vermək istəyirlər ki, cənab prezident, sənin seçdiyin kadr yaxşı deyil”

H.Hacıyev eyni zamanda bildirdi ki, son zamanlar Azərbaycandakı hadisələri dramatikləşdiriblər. Partiya sədri olaraq bunu ictimailəşdirib, nöqsanları ortaya qoyduqlarını deyən partiya sədri dedi ki, hökumətin məmurları susurlar: "Bu gün altına milyonlarla manatlıq maşın alan nazirlər, komitə sədrləri, Hacıbala kimi üzvləri nə edəcək? Bunların başı kiflənib. Bugünkü kadrlar Kənd Təsərrüfatında olan prosesləri dünya miqyası ilə müqayisə edib, təhlil etmirlər. Onların bir məqsədi var: necə edək, ölkədən pul oğurlayaq? Mən yaltaqlanmıram, biz dövlət başçımızı müdafiə etməliyik. Öz vassallarını Avropaya gğöndərirlər. Avropadan yayımlanan canlı yayımlarda İlham Əliyevdən başqa heç kimin adı çəkilmir. Onda bu məmurlar kimə lazımdır? Onların balaları xaricdə korteclə gəzirlər. Amma onların adınıç əkmirlər. Çünki ordakılara paketlə pul göndərirlər. Bunu da qəsdən edirlər ki, bu qüvvələr prezidenti sıxsınlar, bu məmurlar da desinlər ki, biz olmasaq, camaat sizi belə sıxar. Onlar bu fonu yaradırlar. "Sehrli dairə” cızıblar. Filankəs filankəsin qohumudur, vəzifəyə o, gəlməlidir”.

"Bu gün pambıqçılıq sahəsinə qarşı Azərbaycanda təxribat var”.

Müsahibimiz dedi ki, İlham Əliyevi müdafiə etdiyi üçün çox adam ona düşmən olub: "Zamanında üzləşməmiz olacaq. Bundan qorxsunlar. Mənim haqqımda deyilənlərdən narahat olsunlar”.

DİGƏR XƏBƏRLƏR

Top