İsveçrə millisi DÇ-2018-in E qrupunun II tur matçında Serbiya komandasını məğlub edib.
Kalininqradda baş tutan görüş 2:1 hesabı ilə başa çatıb.
İsveçrənin qələbə qolunu 90-cı dəqiqədə yarımmüdafiəçi Şerdan Şakiri vurub.
İsveçrə yığması aktivində 4 xalla E qrupunda 2-ci, Serbiya isə 3 xalla 3-cü yerdədir.
Son turda İsveçrə Kosta-Rika ilə, Serbiya isə Braziliya ilə qarşılaşacaq.
DÇ-2018 – final mərhələsi. E qrupu. 2-ci tur
Serbiya – İsveçrə - 1:2
Qollar: 1:0 – Mitroviç – 5, 1:1 – Caka – 52, 1:2 – Şakiri – 90
(Report)