"Dedilər ki, istəyirsən, təyyarə göndərək” - Hacı Nuranın xəstəxana görüntüləri - VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuranın səhhəti pisləşib və o xəstəxanaya yerləşdirilib.

Dünəndən Hacı Nuranın xəstəliyini eşidən dostları, media nümayəndələri xəstəxanaya axışır. Biz də oraya çatanda hər kəs Hacının başına toplaşmışdı.

Aparıcı isə səhhətindən danışırdı: “Keçən dəfə verilişdə halım pisləşdi. Mənə görə çəkilişi saxlamaq istəyirdilər, razı olmadım. Dünən təzyiqim qalxdı. Xəstəxanaya analiz verməyə gəldim. Sonra məlum oldu ki, ağciyərimdə 5 sm-lik şiş var. Şişin bəd, yoxsa yaxşı xassəli olduğunu bilmirik. Analiz etmək lazımdır. Burada da o analiz edilmir. Bazar günü Almaniyada yola düşəcəyəm. Bu gün həkimə zəng etdim, dedi ki, sənə demişdik ki, 2 aydan sonra müayinəyə gəl. Sən 7 ay sonra gəlirsən. Dedilər ki, istəyirsən, sənin üçün təyyarə göndərək. Istəmədim. Özümü yaxşı hiss edirəm. Özüm gedəcəyəm. xoşum gəlmir ki, mənə xəstə kimi davransınlar. Yanıma gedib-gələn çoxdur, özüm istəyirəm ki, yanımda qalsınlar. Təkliyi sevmirəm”.

Daha sonra həkim aparıcının yanına gələrək onu məlumatlandırır: “Hər şey yaxşıdır. Biz şiş aşkarlamışıq. Mən onu əməliyyatla götürə bilərəm, amma sonrakı proseduru bilmirəm. Ona görə də səni Almaniyaya yola salmaq lazımdır. Hazırda isə durumun qənaətbəxşdir. Özünü çox yormusan”.

Həkimin sözlərindən sonra aparıcı işlərinin çox olduğunu bildirib: “Yarım illik iş planım hazırdır. Bu gün iki konsertdə olmalıydım. Almaniyada həkim mənə dedi ki, get, kölgədə oturub saatlarla dənizi izlə, istirahət et. Amma mən işsiz qala bilmirəm”.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuran uzun müddətdir ki, Almaniyada müalicə alıb.

(Musavat.com)

Nuran

DİGƏR XƏBƏRLƏR

Top