Rusiyada keçirilən futbol üzrə dünya çempionatının E qrupunda ikinci turun oyunlarına start verilib. Braziliya Kosta-Rika ilə üz-üzə gəlib. "Sankt-Peterburq" stadionunda baş tutan qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol uzatma dəqiqələrində vurulub. Əvvəlcə Filippe Koutinyo fərqlənib. Bu, Koutinyonun mundialda ikinci qolu olub. 26 yaşlı yarımmüdafiəçi ötən tur İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada da fərqlənmişdi. Oyunda son nöqtəni isə Neymar qoyub.
Bu nəticədən sonra Braziliya xallarının sayını 4-ə çatdırıb. Xalı olmayan Kosta-Rika isə qrupda qalıb.
DÇ-2018
22 iyun
II tur
E qrupu
16:00. Braziliya - Kosta-Rika - 2:0
Qollar: Filippe Koutinyo, 90+1. Neymar, 90+7
Hakimlər: Byorn Kuypers, Sander van Rukel, Ervin Zeinstra (hamısı Hollandiya), Damir Skomina, Yure Praprotnik (Sloveniya)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu
Qeyd edək ki, E qrupunun digər oyununda Serbiya və İsveçrə yığmaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.(Report)