Bərdədə qardaş qardaşını bıçaqlayıb. Hadisə rayonun Qaradəmirçi kəndində baş verib.
1982-ci il təvəllüdlü Qaradəmirçi kənd sakini Əsədov Mahir Məhiyyəddin oğlu qardaşı Teymur Əsədov tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, qardaşına bıçaqla xəsarət yetirən Teymur 4 gün öncə həbsxanadan azadlığa buraxılıb. Elə hadisənin baş verməsinə səbəb də M.Əsədovun həbsdə olduğu müddətdə qardaşı T.Əsədovun görüşünə getməməsi olub:
"Həbsxanadan çıxdığı 4 gün idi, gəlib mənimlə mübahisə edib bıçaqla vurdu ki, mən həbsdə olarkən yanıma niyə gəlməmisən".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(APATV)
Həbsxana