Argentinalı futbolçular baş məşqçinin qovulmasını tələb edirlər

Argentina yığmasının futbolçuları indiki baş məşqçi Xorxe Sampaolinin dünya çempionatının qrup mərhələsinin sonuncu matçında komandya rəhbərlik etməsini istəmirlər. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, futbolçular yığıncaq keçiriblər və X. Sampaolinin Nigeriya ilə oyunda komandaya rəhbərlikdən azad olunmasının lehinə səs veriblər. Onun yerinə 1986-cı il dünya çempionu 58 yaşlı Xorxe Burruçaqanın gətiriməsi ehtimal olunur. Əgər X. Sampaoli vəzifəsindən azad olunsa, 17 milyon avro alacaq. Xatırladaq ki, Argentina yığması ötən gün Xorvatiya komandasına 0:3 hesabı ilə uduzub. Argentina iyunun 26-da Nigeriya millisi ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top