Türkiyədə ödənişli əsgərliklə bağlı işlər tamamlanıb

“Türkiyədə ödənişli hərbi xidmətlə bağlı zəruri işlər görülüb, Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra bu çərçivədə göstəriş verəcək, ona uyğun da addım atılacaq”. Yeniavaz.com-un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri böyük ölçüdə peşəkar orduya keçib: “Həqiqi hərbi xidmətə çağırılanlar münaqişə bölgələrinə, ön cəbhəyə aparılmır. Bu məsələdə istisna olmayıb”. N. Canikli qeyd edib ki, çağırışçılar arasında ödənişli əsgərliyə böyük tələbat var: “Bu istiqamətdə bütün çalışmaları həyata keçirdik. Hazırda biz hazırıq, bütün alternativlərimiz var. Aşağı-yuxarı 4 vı ya 5 seçim imkanı var. Yaş, ödəniş haqq, ödənişin istifadə yerləri, başqa texniki təfərrüatlar müəyyənləşdirilib. 2014-cü ilin dekabrında çıxan ödənişli hərbi xidmət qanun layihəsində yaş 26, ödəniş haqqı isə 18 min türk lirəsiydi. Ödənişli əsgərlik üçün müraciət edənlərin sayı isə 203 miniydi. Əvvəlki qanun layihəsi 2011-ci ilin dekabr ayında çıxmışdı. Orada ödəniş haqqı 30 min lirə, yaş 27, yararlananlar isə 70 miniydi. Həqiqi hərbi xidmətdən keçmə öhdəliyini ləğv etməyəcəyik, bu sistem davam edəcək, bunu qətiyyən ləğv etməyəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top