KİV: Paşinyan iyulda NATO sammitinə qatılacaq

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətindədir. TASS xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb.

"Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, rəsmi Yerevan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür", - Ermənistan hökumətndəki mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyasət kurusunu dəyişmək niyyətində olmadığını və bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top